"Sərhədsiz sənət" layihəsi təqdim edildi

"Sərhədsiz sənət"  layihəsi təqdim edildi
15 yanvar 2026
# 11:30

"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi ölkənin mədəni həyatında mühüm hadisə olacaq yeni - "Sərhədsiz sənət" layihəsinə start verib.

Kulis.az xəbər verir ki, layihənin məqsədi Azərbaycan mədəniyyətinin sərhəd tanımayan gücünü nümayiş etdirmək və peşəkar sənətkarlarla gənc nəsil arasında birbaşa dialoq platforması yaratmaqdır.

Layihə çərçivəsində keçirilən tədbirin ilk qonağı tanınmış dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyev olub.

Şəhriyar adına mədəniyyət mərkəzində "Maestro ilə dialoq" adı altında keçirilən ilk görüşdə musiqinin universal dili vasitəsilə sərhədlərin necə aşılması, klassik sənətin müasir dünyadakı rolu və uğura gedən sənətkar yolunun pərdəarxası məqamları müzakirə olunub. Tədbir iştirakçıları maestronun zəngin yaradıcılıq təcrübəsi ilə tanış olaraq onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanıblar.

"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyindən bildirilib ki, "Sərhədsiz sənət" layihəsi müxtəlif sənət sahələrini əhatə edərək, cəmiyyətdə mədəni maarifləndirmə missiyasını davam etdirəcək.

# 65 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər