Aprelin 24-ü saat 12:00-da Atatürk Mərkəzində Sarı Aşığın “Gül dəftəri” və Aşıq Alının “Nə qaldı” kitablarının təqdimatı olacaq.
Kulis.az xəbər verir ki, tanınmış şair İlham Qəhrəman tərəfindən toplanıb tərtib edilmiş hər iki kitab AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə işıq üzü görüb.
Bu, tərtibçi tərəfindən “Gül dəftəri”nin 3-cü, “Nə qaldı” toplusunun isə 2-ci təkmilləşdirilmiş nəşridir. Tədbirdə iştirak edənlər yeni təqdim olunan kitabları tərtibçinin imzası ilə əldə edə biləcəklər.