Salyanda kino sərgisi - "Çək... Amma bu dəfə fırçayla"

Salyanda kino sərgisi - "Çək... Amma bu dəfə fırçayla"
4 avqust 2025
# 11:23

Salyan Dövlət Rəsm Qalereyasında gənc kino rəssamı Rubə Müşfiqlinin "Çək... Amma bu dəfə fırçayla" adlı fərdi rəsm sərgisinin açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, "Art Kino" layihəsi çərçivəsində keçirilən sərginin açılış mərasimində çıxış edən kinorejissor, beynəlxalq film festivallarının qalibi, Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov çıxış edərək Azərbaycanda milli kinonun yaranması tarixindən danışıb: "Bu cür sərgilər həm paytaxt ilə bölgələrin mədəni əlaqələrini gücləndirir, həm də gənc sənət adamlarına stimul verir".

Sərgidə Rubə Müşfiqlinin 20-dən çox rəsm əsəri nümayiş olunur, "Gün keçdi", "Təhminə", "Ölsəm, bağışla", "Park", "Bəyin oğurlanması", "Şərikli çörək", "Yuxu", "Bizim Cəbiş müəllim", "Buta" və digər məşhur filmlərimiz bu dəfə təsviri sənətdə tamaşaçı qarşısına çıxır, onları retrospektiv baxışa və düşünməyə dəvət edir.

Qeyd edək ki, sərgi avqust ayının sonunadək ziyarətçilər üçün açıq olacaq.

# 160 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər