Salam Sarvanın son vəziyyəti açıqlandı

Salam Sarvanın son vəziyyəti açıqlandı
29 aprel 2024
# 14:45

Şair Salam Sarvanın səhhəti ilə bağlı son durum açıqlanıb.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya şair özü məlumat verib.

Onun sözlərinə görə, həkimlər növbəti əməliyyatı riskli bildiklərindən kimya-terapiya müalicəsini yazıblar: "Şişi götürmək riskdir. Ona görə də ondan nümunə götürülüb. Beş-altı günə nəticəsi bilinəcək. Ona uyğun addım atılacaq".

Hazırda evdə müalicə alan Salam Sarvan özünü nisbətən yaxşı hiss etdiyini əlavə edib.

# 1214 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #