Şakiranın konserti üçün səhnə quraşdıran texnik faciəli şəkildə həyatını itirdi

Şakiranın konserti üçün səhnə quraşdıran texnik faciəli şəkildə həyatını itirdi
28 aprel 2026
# 10:55

Braziliyada - Rio-de - Janeyroda tanınmış müğənni Şakiranın konserti üçün səhnə quraşdıran mütəxəssis faciəvi qəza nəticəsində həyatını itirib.

"Euronews"un verdiyi xəbərə görə, komandalar həftələrdir şəhərin Kopakabana sahilində qurulacaq nəhəng səhnə üzərində intensiv işləyirdilər.

Tədbir təşkilatçıları "Instagram" vasitəsilə yaydıqları açıqlamada, bazar günü günorta saatlarında baş verən qəzanın "səhnə strukturunda çalışan peşəkar bir mütəxəssisin ölümü ilə nəticələndiyini" bildiriblər.

Açıqlamada qeyd olunur ki, hadisə yerində dərhal ilkin tibbi yardım göstərilib və yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Rio-de-Janeyro Yanğınsöndürmə İdarəsi texnikin qaldırıcı sistemdə baş verən qəza zamanı ayaqlarından ağır əzilmə xəsarətləri aldığını bildirib.

Qeyd edək ki, bu faciəvi hadisə Şakiranın "Las Mujeres Ya No Lloran" dünya turnesi çərçivəsində 2 may şənbə günü keçirilməsi planlaşdırılan "Todo Mundo No Rio" adlı pulsuz konsert ərəfəsində yaşanıb.

# 80 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər