Kolumbiyalı məşhur müğənni Şakira uzun fasilədən sonra Madrid şəhərində yenidən səhnəyə çıxıb.
Kulis.az xəbər verir ki, sənətçinin 12 konsertlik turu çərçivəsində keçirilən ilk şousunu 50 min tamaşaçı izləyib.
İki saat davam edən konsertdə müğənni 25 hit mahnısını ifa edib.
Səhnədən pərəstişkarlarına müraciət edən Şakira keçmiş həyat yoldaşı Jerar Pikedən ayrıldıqdan sonra yenidən İspaniyaya qayıtmasından və həyatının ən vacib illərini burada keçirməsindən danışıb.
Kolumbiyalı ulduz gecəni "Waka Waka" və "BZRP Music Sessions #53" hitlərinin sədaları altında, atəşfəşanlıqla yekunlaşdırıb.
Şakira uzun illər sonra İspaniyada konsert verdi