Şairlərimiz beynəlxalq festivalın laureatı adına layiq görülüb

Şairlərimiz beynəlxalq festivalın laureatı adına layiq görülüb
30 may 2025
# 08:15

Azərbaycanlı şairlər — Fərid Hüseyn, İntiqam Yaşar, Nadir Yalçın və Ayşən Rəhim Qırğızıstanın Oş şəhərində I Türk Dünyasının Gənc Şairləri Beynəlxalq Festivalının laureatı adına və “Colon Mamıtov” medalına layiq görülüblər.

APA xəbər verir ki, mükafatı onlara Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti naziri Mirbek Mambetaliyev təqdim edib.

Qeyd edək ki, Qırğızıstanın Oş şəhərində TÜRKSOY-un təşkilatçılığı ilə görkəmli qırğız şairi Colon Mamıtovun xatirəsinə həsr olunmuş I Türk Dünyasının Gənc Şairləri Beynəlxalq Festivalı keçirilib. Festivalda 7 ölkədən 30 şair iştirak edib. Festival çərçivəsində müxtəlif panel müzakirələr, şeir gecələri keçirilib.

# 171 dəfə oxunub

Müəllifin son yazıları

# # #