Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik
21 sentyabr 2026
# 13:00

Böyük Britaniya Kralı III Çarlz ilə Uels Şahzədəsi Diananın qardaşı Çarlz Spenser arasındaki gərginlik yeni həddə çatıb.

Kulis.az xəbər verir ki, Spenser tezliklə işıq üzü görəcək "Swan Song" adlı xatirə kitabında Kral Çarlzın 1997-ci ildə Diananın ölümündən dərhal sonra telefonda ona "Rahat ol, onu tezliklə unudacağıq" dediyini iddia edib.

Bukingem Sarayının bu iddialara cavab olaraq "kədərin insanın yaddaşına və mühakimə qabiliyyətinə təsir edə biləcəyini" bildirməsindən sonra, Spenser Kralı psixoloji manipulyasiyada və yalan danışmaqda ittiham edib.

Çarlz Spenser kitabında, həmçinin, bacısının dəfn mərasimində azyaşlı uşaqlar – Uilyam və Harrinin tabutun arxasınca yeridilməsinə qarşı çıxdığını və Çarlzın Dianaya qarşı hər zaman alçaldıcı münasibət bəslədiyini qeyd edib.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər