Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 21, 22 iyun saat 19:00-da "Şah Abbas Namə" tamaşasının premyerası keçiriləcək.
Kulis.az xəbər verir ki, tamaşa yazıçı-dramaturq İlqar Fəhminin "Şahnamə" pyesi əsasında hazırlanıb.
Səfəvi-Qızılbaş imperiyasının yüksəliş dövrünə həsr olunan ikihissəli tarixi dramın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı teatrın baş rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Aygül Quliyeva, rejissor Səbinə Məmmədzadə, rejissor assistentləri Fuad Cavadzadə, Nəsibə Canəliyevadır.
Qeyd edək ki, dördhissəli tarixi-psixoloji dram "Şah Abbas Namə" tamaşası Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrdə 16 yaşlı Şah Abbasın hakimiyyətə gəlişindən, ölkə sərhədlərini genişləndirmək, ərazi bütövlüyünü qorumaq uğrunda apardığı döyüşlərdən, saraydaxili qanlı toqquşmalardan bəhs edir.