Sabir Rüstəmxanlı: Süni ada yaradılacağına təbii adalar abadlaşdırılsın

Sabir Rüstəmxanlı:  Süni ada yaradılacağına təbii adalar abadlaşdırılsın
7 may 2024
# 12:34

“Süni adalar məsələsi ciddi məsələdir, bir sıra Yaxın Şərq ölkələrində bunun nümunələri var”.

Kulis.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, Xəzər dənizində Allahın yaratdığı adalar var: “Böyük Zirə, Nargin adası. Nargin adasını Bakının ulduzuna çevirmək, oradakı acı xatirəni unutdurmaq olar. Orada saxlanılan əsirlərin xatirəsi əbədiləşdirilə bilər. Süni adadan əvvəl təbii adaları abadlaşdırmaq lazımdır. Süni ada yaradılacağına təbii adalar abadlaşdırılsın, orada yaşayış salınsın”.

APA

# 193 dəfə oxunub

Müəllifin son yazıları

# # #