Rusiyanın Xalq artistinin çıxışına qarşı piket keçirildi

Rusiyanın Xalq artistinin çıxışına qarşı piket keçirildi
3 noyabr 2025
# 16:15

İsveçdə Sürix Operasının qarşısında Rusiyanın Xalq artisti Anna Netrebkonun çıxışına qarşı piket keçirilib.

Kulis.az xəbər verir ki, təxminən on Ukrayna tərəfdarı fəal Sürix Operasının qarşısında piket keçirərək Netrebkonun çıxışının ləğv olunmasını tələb edib. Teatr rəhbərliyi onların çağırışlarını rədd edib.

Bundan əvvəl Ukraynanın İsveçrədəki səfiri İrina Venediktova da opera müğənnisinin Sürixdəki çıxışının ləğv edilməsini istəyib.

Qeyd edək ki, Netrebko ötən il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazovla 10 illik evliliklərini sonlandırıb.

# 119 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər