Rumiyə Ağayeva qəzaya düşdü

Rumiyə Ağayeva qəzaya düşdü
1 sentyabr 2025
# 14:53

Tanınmış aktrisa Rumiya Ağayeva Bakıda yol qəzasına düşüb.

Kulis.az xəbər verir ki, bu barədə o, öz instaqram hesabından məlumat yayıb.

Aktrisa Bakıda, Zorge parkı yaxınlığında taksi sürücüsü ilə toqquşaraq, qəza keçirib.

Onun sözlərinə görə, taksi sürücüsü “Yol ver” nişanını pozaraq yola çıxıb. Həmçinin qəza törədən şəxsin sığortası olmadığından məsələ daha da qəliz hal alıb.

Aktrisanın sözlərinə görə, taksi sürücüsü əvvəlcə zərəri ödəyəcəyəcətinə söz versə də, vədlərə əməl etməyib, daha sonra isə ümumiyyətlə ödənişdən imtina edib.

Rumiya Ağayeva məsələnin məhkəmə yolu ilə həll ediləcəyini qeyd edib.

# 263 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər