Amerikalı kino ulduzu Robert De Niro Bakıda restoran açmağa hazırlaşır.
Kulis.az xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov məlumat yayıb.
O, Nobu Matsuhisa, Robert De Niro və Meir Teper tərəfindən yaradılan məşhur “Nobu” brendinin Azərbaycanda və Monteneqronun aparıcı kurort bölgələrində fəaliyyətə başlayacağını açıqlayıb.
Layihəyə görə, “Nobu” brendi tərkibində 80 otaqlı otel, 100 yaşayış mənzili və brendin öz üslubunda dizayn ediləcək beş villa olan kompleks şəklində fəaliyyət göstərəcək. Restoranda isə yapon və Peru mətbəxinin ənənələrini birləşdirən “Nobu” aşpazlarının yeməkləri təqdim olunacaq.