Rəssam Fuad Nəsirovun “Hisslər memarı” adlı fərdi sərgisi açıldı

Rəssam Fuad Nəsirovun “Hisslər memarı”  adlı fərdi sərgisi açıldı
13 fevral 2026
# 12:23

"Qız qalası” rəsm qalereyasında rəssam Fuad Nəsirovun “Hisslər memarı” adlı fərdi sərgisi açılıb.

Kulis.az xəbər verir ki, nümayiş olunan əsərlərdə həm mücərrəd, həm fiqurativ illüstrasiyalar vasitəsilə müxtəlif mövzulara toxunulub.

Fuad Nəsirovun sərgisi rəngkarlığı insanın daxili dünyasının ifadə məkanı kimi təqdim edir. Burada rəng, faktura və jest yaddaşın və emosional halların daşıyıcısına çevrilir.

Onun əsərləri reallığı birbaşa təsvir etmir; əksinə, hiss, duyğu və xatirə arasındakı incə sərhəddə formalaşan şübhə, gərginlik, sükut anı və jestin həssaslığını əks etdirir.

Sərgi izləyiciyə əvvəlcədən hazır hekayə təqdim etmir, əksinə, fərdi dialoq üçün açıq bir məkan yaradır. Ekspozisiya çərçivəsində əsərlərin satışı da təşkil olunub.

Qeyd edək ki, sərgi fevralın 14-dək davam edəcək.

# 85 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər