“Regionlarda peşəkar teatr dərsləri” layihəsi davam edir

“Regionlarda peşəkar teatr dərsləri”  layihəsi davam edir
13 iyul 2026
# 12:28

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Regionlarda peşəkar teatr dərsləri” layihəsi davam edir.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində iyulun 15-də Qusar Dövlət Ləzgi Dram Teatrında “Danışan bədən: bədənin ideya və sözlə sinxronlaşdırılması” mövzusunda ustad dərsi təşkil olunacaq.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçiriləcək ustad dərsi aktyor, rejissor Ceyhun Dadaşov və MEMİM-in əməkdaşı teatrşünas Dağlar Yusif tərəfindən aparılacaq.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayından həyata keçirilən layihə teatr kollektivlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, regionlarda aktiv yaradıcı mühitin formalaşdırılması, teatr sənəti ilə bağlı müasir tendensiyaların diqqətə çatdırılması məqsədi daşıyır.

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər