“Reebok” brendin 30 illik yubileyini qeyd etmək üçün “PlayStation” temalı idman ayaqqabıları buraxıb.
Kulis.az xəbər verir ki, bu barədə “Press Start” nəşri məlumat yayıb. İdman ayaqqabısı kolleksiyası “PlayStation x Reebok 30th Anniversary” adlanır. Bu modellər orijinal “PlayStation 1” konsolunun görünüşünü təqlid edən məhdud buraxılışlı unikal qablaşdırmada təqdim olunur.
Qeyd edək ki, idman ayaqqabılarının nə vaxt satışa çıxarılacağı və hansı qiymətə satılacağı barədə heç bir məlumat yoxdur.