Ramiz Rövşənin kitabı ingilis dilində

Ramiz Rövşən, Xalq şairi

Ramiz Rövşən, Xalq şairi

3 dekabr 2021
# 10:15

Xalq şairi Ramiz Rövşənin “Özün öz yolunsan...” (“You Are Your Own Way”) adlı şeirlər kitabı ingilis dilində çap edilib.

Kulis.az-ın verdiyi xəbərə görə, “Mütərcim” nəşriyyat evi tərəfindən çap olunan kitabı ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib.

Kitabın üz qabığının rəssamı Tehranda yaşayan tanınmış fırça ustası Ərdəşir Rostami, layihə üzrə məsləhətçi Bakı Slavyan Universitetinin professoru Telman Vəlixanlıdır.

44 seçilmiş şeirdən ibarət topluya xalq şairinin müxtəlif illərdə yazdığı məşhur şeirləri toplanıb.

# 1467 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #