Kitab sərgisi

"Qrim otağının döşəməsinə uzanıb ağlayırdım..." - Madonnadan etiraf

"Qrim otağının döşəməsinə uzanıb ağlayırdım..." - Madonnadan etiraf
30 sentyabr 2025
# 16:13

Məşhur müğənni Madonna 2016-cı ildə intihar etməyi düşündüyünü etiraf edib.

Kulis.az "The Hollywood Reporter" istinadən xəbər verir ki, Madonna o dövrdə keçmiş həyat yoldaşı, rejissor Qay Ritçi ilə oğlu Rokkonun himayəsi uğrunda məhkəmədə mübarizə aparırdı.

67 yaşlı sənətçi həmin vaxtlar qrim otağının döşəməsinə uzanıb ağladığını, hər axşam səhnəyə çıxmaq məcburiyyətində olduğunu və intihar haqqında düşündüyünü deyib.

Qeyd edək ki, Madonna bu gün oğulluğa götürdüyü Devid Bandın 20 yaşını sosial şəbəkədə nadir fotolarla təbrik edib.

# 129 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər