Qodrex təcavüz iddiaları haqqında danışdı

Qodrex  təcavüz iddiaları haqqında danışdı
27 fevral 2024
# 12:30

Məşhur fransız aktrisa Yudit Qodrex "Sezar" Mükafatlandırma mərasimində 14 yaşında ona təcavüz edən iki fransız rejissoruna qarşı iddialarından danışıb.

Kulis.az xəbər verir ki, aktrisa öz çıxışında cəmiyyəti təcavüzlə bağlı səssizliyini pozmağa çağırıb:

"Sorğulanan dünyada həqiqətin gözünün içinə baxmaq, məsuliyyət daşımaq, aktyor olmaq bizim üçün mümkündürmü? Çox sevdiyimiz və bizi bir-birimizə bağlayan bu sənətin gənc qız alverində pərdə kimi istifadə olunmasına niyə icazə verməliyik?".

Qeyd edək ki, Yudit Qodrex, rejissorlar Benoit Yakuot və Yakuis Doylona qarşı təcavüz iddiaları irəli sürmüşdü.

# 322 dəfə oxunub

Müəllifin son yazıları

# # #