"Qızıl ayı" mükafatlı film əsasında serial çəkiləcək

"Qızıl ayı" mükafatlı film əsasında serial çəkiləcək
1 iyun 2026
# 11:00

"Ay Yapım" türk kinosunun kult əsərlərindən olan "Susuz yaz"ı televiziya ekranlarına daşımağa hazırlaşır.

Kulis.az xəbər verir ki, tanınmış jurnalist Birsen Altuntaşın məlumatına görə, şirkət yeni mövsüm üçün yazıçı Necati Cumalının eyniadlı əsərinin yayım hüquqlarını artıq satın alıb.

2010-cu illərdə "Yaprak dökümü", "Aşk-ı memnu" və "Dudaktan kalbe" kimi məşhur romanların ekran işləri ilə televiziya sahəsində yeni bir dövrün qapısını açan "Ay Yapım" "Kurt Seyit ve Şura"dan sonra uzun müddət bu cür layihələrdən uzaq qalmışdı.

Ötən mövsüm Nahid Sırrı Örikin əsəri əsasında çəkilən "Kıskanmak" serialı ilə yenidən bu sahəyə qayıdan şirkət yeni mövsümdə də daha bir ədəbiyyat nümunəsini tamaşaçılara təqdim etmək niyyətindədir.

Qeyd edək ki, Metin Erksanın 1963-cü ildə çəkdiyi "Susuz yaz" filmi Berlin Film Festivalında əsas mükafatı - Qızıl ayını qazanıb.

# 91 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər