Qırğızıstanda Mirzə Qədim İrəvani haqqında mühazirə keçirildi

Qırğızıstanda Mirzə Qədim İrəvani haqqında mühazirə keçirildi
23 aprel 2025
# 15:45

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın Qırğızıstan Milli İncəsənət Muzeyində “Mirzə Qədim İrəvani: Şərq və Avropa sənət üslublarının kəsişməsində” mövzusunda mühazirəsi keçirilib.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Aprelin 22-də Bişkekdə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində reallaşan mühazirədə Şirin Məlikova XIX əsr milli təsviri sənətimizin inkişafında müstəsna rol oynamış Mirzə Qədim İrəvaninin (1825-1875) ömür yolu və yaradıcılığından danışıb.

Qeyd edək ki, mühazirədə mədəniyyət sahəsi üzrə tələbələr və mədəniyyət işçiləri iştirak edib.

# 235 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #