Məşhur kompüter oyunundan böyük ekran üçün uyğunlaşdırılan "Qəzəbli quşlar" seriyasının ilk iki filmi dünya üzrə yarım milyard dollardan çox gəlir əldə edib.
Kuis.az xəbər verir ki, 5 illik fasilədən sonra “Qəzəbli quşlar” filminin üçüncü hissəsi çəkiləcək.
Qırmızı və Çakın yeni macəralarından bəhs edən "Qəzəbli quşlar 3" filmində bu personajları Ceyson Sudeikis (Ted Lasso) və Coş Qad (Frozen) səsləndirəcəklər.
- Akademik Zemfira Səfərovanın yeni kitabı nəşr edildi
- Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olundu
- Cavid Həsənov: "Veteran" Ən qısa hekayə
Filmin rejissoru Con Rays, ssenari müəllifləri Toru Nakahara və Turop van Ormandır.