Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy “Side” antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı Roma dövründən son antik dövrə qədər olan tarixi mərhələləri əks etdirən abidələrin aşkar edildiyini bildirib.
Kulis.az xəbər verir ki, nazir sosial şəbəkə hesabında "Gələcəyə Miras" layihəsi çərçivəsində təxminən 390 metr uzunluğundakı "B küçəsi"ndə qazıntıların tamamlandığını və ərazidəki girişlərdən biri olan Herakl qapısının gün üzünə çıxarıldığını diqqətə çatdırıb.
Bizim eranın III əsrinin əvvəllərinə aid olan bu qapı Heraklın 12 qəhrəmanlığını təsvir edən qabartmaları, eləcə də Afina, Zevs, Artemida, Higeiya və Tixiya təsvirlərinin yer aldığı relyefləri ilə seçilir.
Qabartmaların son antik dövrdə (V əsr) qapının inşası zamanı yenidən istifadə edildiyi müəyyən olunub.
V əsrdə Yepiskop Sarayı kompleksi ilə birgə yenidən qurulan bu küçə Şərq qapısından şəhərə daxil olanları qarşılayan mərkəzi oxa çevrilib.
Qədim “Herakl qapısı" tapıldı
Müəllifin son yazıları
Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə
17:50
28 avqust 2026
Həm yaşlı nəslin, həm də gənclərin sevimlisi Nəriman Həsənzadə... - Qəzənfər Paşayev
17:00
28 avqust 2026
Şəfiqə Məmmədova sədrliyə yeganə namizəd olacaq - Əli İsa Cabbarovun istefası qəbul edildi
16:03
28 avqust 2026