Qaradərili müəlliflər üçün nəşriyyat yaradıldı

Qaradərili müəlliflər üçün nəşriyyat yaradıldı
1 sentyabr 2026
# 13:20

Portuqaliyada yalnız qaradərili müəlliflərin əsərlərini işıqlandırmaq məqsədilə "Kiala" adlı yeni nəşriyyat brendi fəaliyyətə başlayıb.

Kulis.az xəbər verir ki, brendin təsisçisi Elqa Fontes bu addımın qaradərili yazarların yalnız irqçilik və əzab mövzularında deyil, bütün sahələrdəki yaradıcılığını geniş auditoriyaya çatdırmaq məqsədi daşıdığını bildirib.

“İşıq gətirmək" mənasını verən "Kiala" qaradərili müəlliflərin ədəbiyyatda istisna deyil, ümumi kitab bazarının təbii bir parçasına çevrilməsini hədəfləyir.

Nəşriyyatın ilk təqdim etdiyi əsər amerikalı yazar Mikki Kendallın "Feminismo na Periferia" kitabı olub.

Noyabr ayında isə Nigeriya əsilli yazıçı Akvaeke Emezinin "A Morte de Vivek Oji" romanının oxuculara təqdim edilməsi planlaşdırılır.

2026-cı ildə iki, 2027-ci ildə isə üç kitab yayımlamağı planlaşdıran brend gələcəkdə portuqaliyalı qaradərili yazıçıların da əsərlərinə yer ayırmağı nəzərdə tutur.

# 68 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər