Qalib layihələrin istehsalına başlanıldı

Qalib layihələrin istehsalına başlanıldı
6 mart 2024
# 18:39

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən kinematoqrafiya sahəsində istehsal olunacaq filmlərə dəstək verilməsi məqsədi ilə keçirilmiş Dövlət sifarişi dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin qalib layihələrinin istehsalına başlanılıb.

Kulis.az xəbər verir ki, ilk olaraq Dövlət sifarişi ilə çəkiləcək “Kür - çaylar anası” sənədli film layihəsi ilə istehsal müqaviləsi bağlanılıb.

Filmin 2024-cü ilin dekabr ayında təhvil verilməsi nəzərdə tutulmuşdur.

“OD Media Production” şirkəti tərəfindən istehsal olunacaq filmin rejissoru Seyran Bədəlov, ssenari müəllifi Əkbər Nəcəflidir. Çəkilişlər Kür çayının mənbəyinədən mənsəbinədək – Türkiyə, Gürcüstan və Azərbaycan ərazisində aparılacaq.

# 551 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #