“Praqa Baharı” musiqi festivalı başlayıb

“Praqa Baharı”  musiqi festivalı başlayıb
14 may 2025
# 09:40

Bu gün Çexiyanın paytaxtında hər il keçirilən “Praqa Baharı” musiqi festivalının 80-ci açılışı baş tutub.

Kulis.az xəbər verir ki, Çexiyanın sərhədlərindən kənarda da tanınan festival 3 iyun tarixinə qədər davam edəcək.

Festivalın açılışı ənənəvi olaraq tanınmış çex bəstəkarı Bedrjix Smetananın paytaxtın Vışeqrad qəbiristanlığındakı məzarına gül dəstələrinin qoyulması ilə başlayıb.

Musiqi bayramı hər il mayda, çex musiqiçisinin vəfat etdiyi ayda keçirilir. Onun “Vətənim” adlı simfonik poeması festivalın açılış konsertində ənənəvi olaraq səsləndirilir.

Qeyd edək ki, “Praqa Baharı” musiqi festivalının açılışında Çexiya Respublikasının Prezidenti Pyotr Pavel də iştirak edib.

# 66 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #