Parisdə qalmaqal - Muzey işçisi qadınları gizlicə çəkirmiş

Parisdə qalmaqal - Muzey işçisi qadınları gizlicə çəkirmiş
12 iyun 2026
# 13:00

Parisdəki Milli Təbii Tarix Muzeyində ziyarətçi qadının ətəyinin altından gizlicə foto çəkən mühafizəçi saxlanılıb.

Kulis.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Zalda işləyən 24 yaşlı mühafizəçi gizli kadr əldə etməyə cəhd göstərsə də, qadın onun bu hərəkətini vaxtında görüb. O, soyuqqanlılığını qoruyaraq dərhal polis işləyən həyat yoldaşına zəng vurub.

Zərərçəkənin əri dərhal hadisə yerinə öz həmkar dəstəsini çağırıb. Əraziyə gələn polis əməkdaşları mühafizəçini saxlayıb, onun mobil telefonunu isə ekspertizaya göndərmək üçün müsadirə ediblər.

Müstəntiqlər telefonun yaddaşını araşdırarkən dəhşətli faktın üstünü açıblar. Məlum olub ki, şübhəli şəxs mütəmadi olaraq apskertinqlə (qadınların ətək altından gizlicə şəkillərinin çəkilməsi) məşğul olubmuş. Hazırda polis onun qurbanı olmuş digər qadınların şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

Gənc oğlan dərhal həbsxanaya göndərilib və 11 iyun 2026-cı ildə məhkəmə qarşısına çıxarılıb. Ona qarşı vizual materialların qeydə alınması yolu ilə şəxsi həyatın toxunulmazlığına qəsd etmə maddəsi ilə ittiham irəli sürülüb.

Fransa qanunvericiliyinə əsasən, qadınların icazəsi olmadan ətək altından gizli çəkiliş aparan və bu görüntüləri cihazın yaddaşında saxlayan şəxsləri 2 ilə qədər həbs cəzası və 30 min avro məbləğində cərimə gözləyir.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər