Qədim yunan sənətinin ən mühüm abidələrindən olan Parfenonun şərq frontonunda yer alan heykəltəraşlıq qrupu yenidən qurulub.
Kulis.az xəbər verir ki, Almaniyanın Frankfurt şəhərindəki Libixhaus muzeyinin tədqiqatçıları Afina ilahəsinin doğuluşunu təsvir edən kompozisiyanın rekonstruksiyası üzərində çalışıblar.
Layihənin arxasında uzun illərdir antik heykəltəraşlıq nümunələrini araşdıran Vinzenz Brinkmann dayanır. Alimlər İtaliya və Rusiyadakı muzeylərdə saxlanılan Roma sarkofaqlarının qapaqlarındakı təsvirlərdən də yararlanıblar. Tədqiqatın məqsədi qədim abidənin zamanla itirilmiş görünüşünü mümkün qədər dəqiq canlandırmaqdır.
Rekonstruksiya həm Parfenonun ilkin bədii quruluşunu anlamaq, həm də antik dövr heykəltəraşlığının sonrakı nəsillərə təsirini araşdırmaq baxımından əhəmiyyətlidir.