Osmanlı İstanbulunun nadir fotoları nümayiş etdiriləcək

Osmanlı İstanbulunun nadir fotoları nümayiş etdiriləcək
17 aprel 2026
# 15:05

Aprelin 28-də “Festetics ailəsinin İstanbul albomu” sərgisi açılacaq.

"Euronews"un verdiyi xəbərə görə, XIX əsr İstanbul mənzərələrini üzə çıxaran sərgi Macarıstan Milli Arxivində qorunan, Osmanlı dövrünə işıq salan xüsusi kolleksiyanı bir araya gətirir.

Burada təxminən 160 il əvvəlki İstanbul mənzərələri nümayiş olunur və kolleksiyaya Abdullah Biraderlərə aid olduğu güman edilən albom da daxildir.

“Constantinople (İstanbul)” adlı albomun köklü Festetics ailəsinə keçməsi Avropa aristokratiyası arasındakı əlaqələrlə bağlıdır və bunun Mari Hamilton vasitəsilə baş verdiyi ehtimal olunur.

Bu gün Macarıstan Milli Arxivində qorunan albom nadir sənət nümunəsi sayılır; fotoların əksəriyyətinin 1860-cı illərə aid olduğu düşünülür.

Gül Baba Türbəsi İrs Qoruma Fondunun dəstəyi ilə təşkil edilən sərgi 31 avqusta qədər ziyarətçilər üçün açıq olacaq.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər