Oskarlı aktyordan yeni proyekt

Oskarlı aktyordan yeni proyekt
18 aprel 2023
# 13:20

Oskar mükafatı laureatı Benedikt Kamberbetç Mett Heyqin “Zamanı necə dayandırmalı” filminin televiziya adaptasiyasında rol alacaq.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyor serialda nadir xəstəlik olan angeriyadan əziyyət çəkən Tom Hazardı oynayacaq.

Filmdə personaj xəstəliyinə görə gec qocalır və başqalarının təqibləri ilə üzləşir. Hazard və onun kimi insanlar əsrlər boyu valideynlərinin, dostlarının, sevgililərinin və uşaqlarının ölümünü görüblər. Hekayədə angeriya olan insanlar yaşamaq üçün gizli cəmiyyət yaradırlar. Birinci qayda heç vaxt aşiq olmamaqdır.

Benedikt Kamberbetç bir filmin çəkilişində üç dəfə zəhərləndi - Azad söz

Qeyd edək ki, 2011-ci ildə "Spy Get Out!" filmində Kamberbetçlə işləyən Tomas Alfredson altı seriyalı layihənin direktoru təyin edilib.

# 571 dəfə oxunub

Müəllifin son yazıları

# # #