Oskarlı aktrisa vəfat etdi

Oskarlı aktrisa  vəfat etdi
13 oktyabr 2025
# 10:10

Oskar mükafatlı aktrisa Diane Keaton vəfat edib.

Kulis.az xəbər verir ki, Hollivudun əfsanəvi ulduzu, "Annie Hall", "The Godfather", "The First Wives Club" və "Book Club" kimi filmlərlə tanınan Diane Keaton 79 yaşında dünyasını dəyişib.

Ailəsinin "People" jurnalına verdiyi məlumata görə, aktrisa sevdiklərinin əhatəsində vəfat edib.

Keaton, xüsusilə Vudi Allen ilə əməkdaşlıqları və ikonik obrazları ilə kino tarixində silinməz iz buraxıb.

Qeyd edək ki, onun vəfatı dünya kino ictimaiyyətində dərin hüznlə qarşılanıb.

# 132 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər