“Oskara”a namizəd aktyorun yeni layihəsi açıqlandı

“Oskara”a namizəd aktyorun yeni layihəsi açıqlandı
12 avqust 2026
# 13:00

"Frankenstein" filmindəki ifasına görə "Oskar"a namizəd olan Cakob Elordi gərgin iş qrafikindən sonra Ari Asterin "A24" kinostudiyası tərəfindən ərsəyə gətiriləcək iddialı layihəsində Skarlet Yohansson ilə birgə rol almağa hazırlaşır.

Kulis.az xəbər verir ki, aktyor Ari Asterin ssenarisini qələmə aldığı və rejissorluq edəcəyi "Scapegoat" adlı yeni triller filmində baş rolu Skarlet Yohansson ilə bölüşmək üçün rəsmi danışıqlara başlayıb.

Sujeti hələlik böyük məxfiliklə saxlanılan filmin çəkilişlərinə bu ilin sonlarına doğru başlanılması planlaşdırılır.

Qeyd edək ki, son 12 ay ərzində "Frankenstein" ilə yanaşı, Marqo Robbi ilə baş rolları bölüşdüyü "Wuthering Heights" ekran işi və "Euphoria" serialı ilə karyerasında uğurlu dövr yaşayan Elordi, tezliklə Ridli Skottun “The Dog Stars" filmində də Marqaret Kualli və Coş Brolin ilə birgə kamera qarşısına keçəcək.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər