Orta əsr rəssamlarının əsərləri sərgiləndi

Orta əsr rəssamlarının əsərləri sərgiləndi
28 iyul 2025
# 13:30

İncildə Müqəddəs Pavelin xristianlığı yaydığı yer kimi adı keçən qədim Listra şəhərini əks etdirən orta əsr rəssamlarının əsərlərinin nüsxələri Konyanın Meram rayonunda təşkil olunan “Qərb Dünyasında Listra Şəkilləri Sərgisi”ndə sənətsevərlərin ixtiyarına verilib.

Kulis.az xəbər verir ki, sərgidə İntibah dövrünün məşhur italyan rəssamı Rafaelə məxsus Müqəddəs Pavel ilə bütpərəstlər arasında baş verən hadisələri təsvir edən rəsmlər nümayiş olunur.

Qeyd edək ki, Roma dövründə imperator Avqustun qurduğu müstəmləkə şəhərlərindən biri hesab edilən Listra şəhəri Meram rayonunun Hatunsaray məhəlləsi yaxınlığında yerləşir. Bu ərazidə arxeoloji qazıntılara ötən ildən etibarən start verilib.

# 175 dəfə oxunub

Müəllifin son yazıları

# # #