Orta Asiyanın "kobız" və "yurt"u UNESCO-nun Ümumdünya İrs Siyahısında

Orta Asiyanın "kobız" və "yurt"u  UNESCO-nun Ümumdünya İrs  Siyahısında
22 dekabr 2025
# 12:25

"Kobız" adlandırılan qədim yaylı musiqi aləti və köçəri yaşayış evi olan "yurt" UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, qərar UNESCO-nun Yeni Dehlidə keçirilən Hökumətlərarası Komitəsinin 20-ci sessiyasında Özbəkistan, Qazaxıstan və Qırğızıstanın birgə namizədliyi ilə qəbul olunub.

UNESCO bu mədəni irsin bəzi elementlərinin ustaların azalması səbəbindən təhlükə altında olduğunu bildirib.

Kobız türk dünyasının ən qədim musiqi alətlərindən biri sayılır, yurt isə Orta Asiya köçəri həyat tərzinin əsas simvoludur.

Bunların sözügedən siyahıya daxil edilməsi bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər