Nuhun gəmisinə aid olduğu iddia edilən yeni tapıntılar aşkarlandı

Nuhun gəmisinə aid olduğu iddia edilən yeni tapıntılar aşkarlandı
25 aprel 2026
# 10:30

Ağrı dağı ətəklərində yerləşən Durupınar Formasiyasında Nuhun gəmisinə aid olduğu iddia edilən yeni tapıntılar yenidən müzakirələrə səbəb olub.

"Hürriyet.com.tr"nin verdiyi xəbərə görə, ABŞ-li tədqiqatçılar yeraltı radar vasitəsilə tunelə bənzər strukturlar aşkar etdiklərini bildirirlər.

Araşdırma qrupu bu quruluşların müqəddəs mətnlərdə təsvir olunan gəmi ilə uyğunluq təşkil edə biləcəyini iddia edir.

Ərazidə aparılan torpaq analizlərində yüksək kalium səviyyəsi də qeydə alınıb və bu, mümkün ağac qalıqları ilə əlaqələndirilir.

Bununla yanaşı, bitki örtüyündəki fərqliliklər də diqqət çəkən amillərdən sayılır.

Lakin bir çox alim bu iddiaları qəbul etmir və formasiyanın təbii geoloji proseslər nəticəsində yarandığını bildirir.

Tədqiqatçılar yaxın mərhələdə qazıntılar və daha dərin araşdırmalar aparmağı planlaşdırırlar.

# 204 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər