Nolan Tarantinodan danışdı: "Onu başa düşürəm"

Nolan Tarantinodan danışdı:  "Onu başa düşürəm"
20 iyul 2023
# 14:50

Rejissor Kristofer Nolan 10-cu filmi olan “The Movie Critic”in çəkilişlərini bitirdikdən sonra təqaüdə çıxmağı düşünən həmkarı Quentin Tarantinodan danışıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Tarantinonun qərarını qiymətləndirən Nolan, "Kino asılılıq yaradır. Bu ağır zəhmət tələb edən, eyni zamanda əyləncəli işdir. Bu iş məcbur edirik ki, davam edəsən. Buna görə də könüllü olaraq dayanmağı təsəvvür etmək bir qədər çətindir. Amma mən onu da başa düşürəm... O, rejissorların karyeralarının sonrakı illərində gördükləri bəzi işlərə baxır və deyir ki, yaxşı olmayacaqsa, davam etmə. Məncə, bu, çox obyektiv bir baxışdır. Bu, kino tarixinə dəyər verən kinosevərin baxışıdır".

Qeyd edək ki, film haqqında hələ kifayət qədər məlumat olmasa da, təxmin edilir ki, "The Movie Critic"də məşhur kino tənqidçilərindən biri olan Pauline Kaelin həyatından bəhs edilir . Filmi hansı şirkətin istehsal etdiyi də bəlli deyil.

# 843 dəfə oxunub

Müəllifin son yazıları

# # #