“Nine Senses Fest”in bağlanış mərasimi keçirilib

“Nine Senses Fest”in bağlanış mərasimi keçirilib
5 may 2025
# 09:40

“Sea Breeze Event Hall”un əsas səhnəsində üç gün davam edən proqramdan sonra mayın 4-də “Nine Senses Fest”in bağlanış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” İncəsənət Mərkəzinin təsisçisi, Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Bağlanış mərasimi çərçivəsində müğənni Çingiz Mustafayev “Healing Evening” proqramı ilə çıxış edib.

Konsertdən sonra “Vibrosoundlab” komandası yekun “Ecstatic Dance”ı təqdim edib.

Beləliklə, yüzdən çox tədbiri - yoqa, meditasiya sessiyaları, ənənəvi təbabət, art-terapiya üzrə mühazirələri, həmçinin musiqi və rəqs qruplarının çıxışlarını əhatə edən üçgünlük proqrama yekun vurulub.

Qeyd edək ki, festival Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” İncəsənət Mərkəzinin təsisçisi və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın dəstəyi ilə keçirilib.

# 96 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #