"Netflix"in rekord qıran animasiyası “KPop Demon Hunters” 98-ci Akademiya Mükafatlarında “Ən Yaxşı Animasiya Filmi” kateqoriyası üçün nəzərdən keçiriləcək 35 film arasında yer alıb.
Kulis.az xəbər verir ki, film iyun ayında ABŞ-da məhdud kino nümayişlərində "Oskar" tələblərinə cavab verib.
Dünya üzrə 541 milyon saatdan çox izlənmə toplayan layihə "Netflix"in bütün zamanların ən çox izlənən filmi hesab olunur.
“KPop Demon Hunters” həmçinin “Ən Yaxşı Orijinal Mahnı” nominasiyasında da şanslı sayılır.
Qeyd edək ki, "Oskar" namizədlərinin rəsmi siyahısı 22 yanvarda açıqlanacaq.