Nazir "Mədəniyyət və yaradıcı sənayelər forumu"ndan gözləntilərini açıqladı

Nazir "Mədəniyyət və yaradıcı sənayelər forumu"ndan gözləntilərini açıqladı
28 noyabr 2023
# 14:32

Forumdan ən vacib gözləntimiz odur ki, sahənin bütün iştirakçıları ilə birlikdə bir araya gələrək problemləri müzakirə edək, gələcək çağırışlar üzərində işləyib yol xəritəsini hazırlayaq.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli ölkəmizdə ilk dəfə keçirilən "Mədəniyyət və yaradıcı sənayelər forumu"nun açılışında deyib.

"Azərbaycan dövləti mədəni və yaradıcı sahələrə daim diqqət göstərib, bunun üçün xüsusi dövlət siyasəti sərgiləyib”, - nazir əlavə edib.

Adil Kərimli sərginin ümumi məqsədi məsələlərinə toxunub: "Məqsəd odur ki, bu sahəyə aid olan bütün iştirakçılar bir araya gətirilsin, fəaliyyətləri mədəni və iqtisadi sahədə sistemləşdirilsin, faydalılığı artırılsın. Bu, komanda işidir. Bu həm dövlət təşkilatlarının, həm də özəl şirkətlərin birgə fəaliyyəti zamanı baş verəcəkdir".

# 420 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #