Natiq Məmmədlinin imza günü olacaq

Natiq Məmmədlinin imza günü olacaq
11 dekabr 2025
# 10:14

Tanınmış yazıçı Natiq Məmmədlinin “Sev” romanının təqdimatı və imza günü olacaq.

Kulis.az xəbər verir ki, tədbir 11 dekabr, saat 15:00-da “LİBRAFF” kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında (Elmlər Akademiyası metrosunun əsas çıxışı ilə üzbəüz) baş tutacaq.

Görüş zamanı müəllif yeni romanının yaranma prosesi barədə danışacaq, oxucuların suallarını cavablandıracaq və kitabları imzalayacaq.

Tədbir TEAS Press nəşriyyatının təşkilatçılığı ilə keçirilir.

# 178 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər