Natəvan Dəmirçioğlunun təqdimatında: "Mətbuat : İlkin xəbərləmədən süni zəkaya"

Natəvan Dəmirçioğlunun təqdimatında:  "Mətbuat : İlkin xəbərləmədən süni zəkaya"
5 avqust 2025
# 13:05

3 avqust 2025-ci ildə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Səsdən könüllərə" layihəsinin və Gənclərin Karyera və İnkişaf Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Milli Mətbuatımızın 150 illiyi ilə bağlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirin spikeri Azərbaycan yazıçısı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun proqramlar şöbəsinin rəisi, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media üzrə ekspert, "İlin qadın yazıçısı", Prezident təqaüdçüsü Natəvan Dəmirçioğlunu "Mətbuat : İlkin xəbərləmədən süni zəkaya" mövzusunda çıxış etdi.

Ənənəvi jurnalistikadan müasir mediaya qədər olan yolu xranaloji ardıcıllıqla təhlil edən natiq 150 illik mətbuat tariximizə ayna tutaraq süni zəkanın mediaya təsiri və insanlığın yeni texnoloji - innovasiyalar əsrində movqeyindən soz açdı.

Yazılı, elektron, onlayn medianın spesifik xüsusiyyətlərini izahlayan çıxışını mediamızın müasir uğurlarını qeyd etməklə tamamladı.

44 günlük Vətən Müharibəsində dünya mediasına verdiyi müsahibələrlə adı mətbuat tariximizə də yazılan Ali Baş Komandan cənab İlham Əliyevin xidmətlərini qeyd etdi, Milli Mətbuatımızın 150 illik yubileyi ilə əlaqədar həmkarlarını təltif etdiyinə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirdi.

Tədbirdə qonaq qismində iştirak edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist, media eksperti Müşviq Ələsgərli informasiya təhlükəsizliyi, onlayn jurnalistika və sosial mediadan səmərəli istifadə haqqında düşüncələrini auditoriya ilə bölüşdü.

“Landau “ Nəşriyyat Evinin direktoru, təhsil tədqiqatçısı Orxan Bəyov, Sumqayıt Dövlət Universiteti, Dil və Ədəbiyyat kafedrasının baş müəllimi, Tədris Metodiki Mərkəzin aparıcı mütəxəssisi Aynurə Bağırova, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dosenti İlahə Vəliyeva, “Müəllimlərin Tərəqqi Platforması”nın rəhbəri Günel Mirzəyeva, İkili Diplom Proqramının qalibi Anar Rzayev, "ÜTÜ" Qrup MMC-nin rəhbəri, ünsiyyət bacarıqları üzrə təlimçi Zaur Cahangirovun çıxışları maraqla qarşılandı.

Tədbirdə Natəvan Dəmirçioğlunun "Açar"romanı təqdim edildi. Romandakı jurnalist obrazından da söz açıldı: "Şəhid ailəsinə gələn müxbir, şəhidin bəy otağının qapısını qoynunda gəzdirdiyi açarla açan ananın işarəsi ilə otağa keçir. Jurnalist şəhid anası Yaqutun dediklərindən sarsılsa da ona təskinlik verməyə çalışır, "mən bir şəhid haqqında yazmağa getmişdim. Onun tabutun içində təkcə sağ qolu gəlmişdi" deyir".

Təqdimatda bildirildi ki, bizim media işçiləri belə situasiyalarla çox qarşılaşdılar, belə acıları çox yaşadılar.

Tədbirdə həmçinin Zaur Cahangirovun natiqlik sənəti ilə bağlı kitabı təqdim olundu.

Sumqayıtlı gənc bəstəkar-ifaçı Vüsal Əsgərov musiqi kompozisiyası təqdim edib.

Tədbirin aparıcısı Murad Hümbətov, "Səsdən könüllərə" layihəsinin qurucusu və rəhbəri Əsmər Ramizqızı sonda iştirakçılara təşəkkürlərini bildirdilər.

Qeyd edək ki, layihəyə dəstək göstərən könüllülər, spikerlər, ziyalı qonaqlar və aparıcı təşəkkürnamə ilə təltif olundu.

# 114 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər