Nadir Yalçının "Lal ev"inin imza günü keçiriləcək

Nadir Yalçının "Lal ev"inin imza günü keçiriləcək
17 dekabr 2025
# 10:27

Yazıçı Nadir Yalçının ilk kitabının təqdimatı baş tutacaq.

Kulis.az xəbər verir ki, müəllifin “Lal ev” adlı hekayələr kitabı 20 dekabr 2025-ci ildə saat 14:00-da Nizami Kino Mərkəzinin 2-ci mərtəbəsində (Bakı şəhəri, Bülbül prospekti 20) oxuculara təqdim olunacaq.

Kitab "Park"Nəşriyyat Evi tərəfindən çap olunub.

Təqdimat zamanı müəllif oxucularla görüşəcək, kitablarını imzalayacaq və “Lal ev”də toplanan hekayələr haqqında danışacaq.

# 69 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər