Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olacaq

Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olacaq
19 dekabr 2025
# 11:58

Yazıçı Nadir Yalçının “Lal ev” adlı hekayələr kitabı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, kitab “Park” Nəşriyyatında işıq üzü görüb.

Kitabda müxtəlif mövzulu 15 hekayə yer alıb.

Qeyd edək ki, kitabın təqdimatı dekabrın 20-i, saat 14:00-da Nizami Kino Mərkəzində keçiriləcək.

Xatırladaq ki, hekayələr toplusunun redaktoru Vüqar Van, korrektoru Nihat Pir, qapaq dizaynının müəllifi isə Rəsul Həsəndir.

Yazıçı Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olacaq

# 91 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər