Nadir çəhrayı almazın oğurlanmasının qarşısı alındı

Nadir çəhrayı almazın oğurlanmasının  qarşısı alındı
20 avqust 2025
# 12:30

BƏƏ-də Dubay polisi ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılmağa cəhd edilən 25 milyon dollar dəyərindəki nadir çəhrayı almazın oğurlanmasının qarşısını alıb.

Kulis.az xəbər verir ki, qabaqcıl texnologiyalardan istifadə edən Dubay polisinin "CID" qrupları Asiya vətəndaşı olan üç şübhəlini müəyyən edib, onları izləyib və həbs edib.

Almazın kiçik bir soyuducuda ölkədən qeyri- leqal yolla çıxarılması planlaşdırlıbmış.

Qeyd edək ki, çəhrayı almaz “Fancy Intense” kimi təsnif edilir və çəkisi 21,25 karatdır.

# 77 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər