Muzeyin döşəməsinə fıstıq əzməsi çəkildi - Səbəb

Muzeyin döşəməsinə fıstıq əzməsi çəkildi - Səbəb
14 iyul 2026
# 13:52

Hollandiyanın Rotterdam şəhərindəki "Museum Boijmans Van Beuningen" muzeyinin döşəməsinə 10 iyun 2026-cı ildə vəfat edən hollandiyalı rəssam Vim T. Şippersin xatirəsini anmaq üçün 360 kiloqram fıstıq əzməsi çəkilib.

Kulis.az xəbər verir ki, bu qeyri-adi mənzərə ziyarətçilərin böyük marağına səbəb olub.

Absurd işləri və "Küncüt küçəsi"nin Hollandiya versiyasında Erni və Qurbağa Kermiti səsləndirməsi ilə tanınan sənətçi "Fıstıq əzməsi döşəməsi" əsərini ilk dəfə 1969-cu ildə nümayiş etdirmişdi. O, özünün qeyri-adi əsərləri ilə insanların sənətin nə olduğuna dair qavrayışlarına daim meydan oxuyurdu.

İşçiler, Hollandalı sanatçı Wim T. Schippers’a saygı için “Peanut Butter Floor” adlı işi yeniden yaratmak üzere zemine fıstık ezmesi yayıyor

"Burada hamılıqla fıstıq əzməsinə baxmağımız möhtəşəm deyilmi?"

1997-ci ildə Utrextdəki Mərkəzi Muzeydə keçirilən sərgidə Şippers jurnalistlərə "Burada hamılıqla dayanıb fıstıq əzməsinə baxmağımız fikri möhtəşəm deyilmi?" - deyə sual vermişdi.

Həmin sərgidə iştahası açılan bəzi ziyarətçilər əsərin üzərinə 12 dilim çörək və səhər yeməyində istifadə olunan bir neçə paket şokolad dənəcikləri ataraq onu vizual təxribata məruz qoymuşdular. Lakin Şippers o dövrdə qəzetlərə verdiyi müsahibədə bu hadisəyə sakit yanaşaraq demişdi:

"Pis görünmür. Şokolad dənəcikləri proporsiya gözlənilərək, məharətlə yerləşdirilib".

İşçiler, Hollandalı sanatçı Wim T. Schippers’a saygı için “Peanut Butter Floor” adlı işi yeniden yaratmak üzere zemine fıstık ezmesi yayıyor

Muzey əməkdaşlarından 20 bəndlik plana ciddi əməl

Sənətçi sonradan bu ideyanı inkişaf etdirərək şüşə qırıqları və duzla örtülmüş döşəmələrin də yer aldığı "Döşəmə örtüyü seriyası"nı yaratmışdı. Əsəri yenidən canlandırmaq üçün Vim T. Şippersin 20 bəndlik planına ciddi şəkildə əməl edən iki muzey əməkdaşı bir neçə gün ərzində 25 kvadratmetrlik altıbucaqlı sahəyə düz 40 vedrə fıstıq əzməsi yayıblar.

İşçilər sponsor tərəfindən verilən fıstıq əzməsini gips malası ilə 2 santimetr qalınlığında yayaraq sərginin sənətçinin vəsiyyət etdiyi kimi mümkün qədər düz və sıxıcı olmasını təmin ediblər.

İşçiler, Hollandalı sanatçı Wim T. Schippers’a saygı için “Peanut Butter Floor” adlı işi yeniden yaratmak üzere zemine fıstık ezmesi yayarken, bir yanda fıstık ezmesi kovaları istiflenmiş halde duruyor

Qeyd edək ki, qeyri-adi sərgi 6 sentyabr 2026-cı ilə qədər ziyarətçilər üçün açıq qalacaq.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər