Müslüm Maqomayevin məzarı ziyarət edildi

Müslüm Maqomayevin məzarı ziyarət edildi
17 avqust 2026
# 17:30

Bu gün SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 84-cü ildönümü münasibətilə tanınmış mədəniyyət xadimləri I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət ediblər.

APA xəbər verir ki, mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov və sənətkarın həyat yoldaşı, SSRİ Xalq artisti, opera müğənnisi Tamara Sinyavskaya çıxış edərək Müslüm Maqomayevin parlaq və zəngin yaradıcılığından söz açıblar.

Onlar sənətkarın doğma vətəni Azərbaycana dərin bağlılığını vurğulayıblar.

Çıxış edənlər Müslüm Maqomayevin zəngin yaradıcılığından, Azərbaycan və dünya musiqi mədəniyyətinə verdiyi töhfələrdən danışıblar.

Xatırladaq ki, Müslüm Maqomayev bir sıra beynəlxalq mahnı müsabiqələrində Azərbaycanı təmsil edib, birinci yerə və "Qızıl val" mükafatına layiq görülüb. Rəhbərlik etdiyi simfonik orkestrlə birlikdə keçmiş Sovet İttifaqının şəhərlərində, həmçinin Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İran və digər ölkələrdə konsertlər verib.

Müslüm Maqomayev 1964-cü ildə Azərbaycanın "Əməkdar artisti", 1971-ci ildə "Xalq artisti", 1973-cü ildə isə SSRİ-nin "Xalq artisti" fəxri adlarına layiq görülüb. 1997-ci ildə müstəqil Azərbaycanın "Şöhrət", 2002-ci ildə isə "İstiqlal" ordenləri ilə təltif olunub. 2008-ci il oktyabrın 25-də vəfat edib.

# 87 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər