Musa Yaqubun qəbirüstü abidəsi hazırlandı

Musa Yaqub

Musa Yaqub

7 mart 2022
# 11:20

Mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsi hazırdır.

Bu barədə APA-ya abidənin müəllifi, Xalq rəssamı, heykəltəraş Natiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, qəbirüstü abidə Xalq şairinin vəfatının ildönümünə qədər qoyulacaq.

Qeyd edək ki, Musa Yaqub ötən il mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində vəfat edib. O, vəsiyyətinə uyğun olaraq kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

# 1876 dəfə oxunub

Müəllifin son yazıları

# # #