"Mortal Kombat" filmindəki Şanq Tsunq rolu ilə tanınan aktyor Keri-Hiroyuki Taqava 75 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, aktyor ailəsinin əhatəsində insult keçirdiyi ağırlaşmalardan vəfat edib.
O, həmçinin "Sonuncu imperator", "Bir geyşanın xatirələri" və "Yüksək qaladakı adam" filmlərindəki rolları ilə də tanınır.