"Monsters" serialının yeni mövsümünün hazırlıqları başladı

"Monsters"  serialının yeni mövsümünün hazırlıqları başladı
10 iyul 2025
# 14:09

“Monster” serialının yeni mövsümünün hazırlıqları başlayıb.

Kulis.az xəbər verir ki, yeni mövsümün əsas mövzusu atasını və ögey anasını öldürməkdə ittiham olunan Lizzi Bordenin yaşadıqları olacaq.

Onun sonradan günahsız olduğu təsdiqlənsə də, cinayətlərin xüsusi amansızlıqla icra olunması Bordeni bütün dünyada məşhurlaşdırıb.

Qeyd edək ki, sözügedən hadisələr əsas rolları Kloye Seviqni və Kristen Stüartın canlandırdığı “The Lizzie Borden Chronicles” serialında da işlənmişdi.

“Monster” serialının üçüncü mövsümünün premyerası 2025-ci ilin sonlarında baş tutacaq.

# 127 dəfə oxunub

Müəllifin son yazıları

# # #