Monenin indiyədək bilinməyən tabloları Parisdə hərraca çıxarılır

Monenin indiyədək bilinməyən tabloları Parisdə hərraca çıxarılır
19 sentyabr 2026
# 15:00

Klod Monenin indiyə qədər heç nümayiş etdirilməmiş və ictimaiyyət tərəfindən görülməmiş "İris" və "Saule pleureur" adlı monumental tabloları Parisdə hərraca çıxarılır.

Kulis.az xəbər verir ki, Şlumberger ailəsinin şəxsi kolleksiyasına daxil olan 28 əsərin yer alacağı bu mühüm hərrac oktyabrın 22-də "Sotheby's France" tərəfindən həyata keçiriləcək.

Fransada bir rəsm əsərinə bu günə qədər verilən ən yüksək qiymət olan 22-30 milyon avro arasında satışa çıxarılması gözlənilən "Iris" tablosunun da daxil olduğu kolleksiyanın ümumi gəlirinin 40 milyon avronu keçəcəyi təxmin edilir.

# 73 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər